Bakı. Trend:
Son illərdə köhnə dünyanın dağılmaqda olan təhlükəsizlik
arxitekturası və iqtisadi prinsiplərindən ciddi sürətdə fərqlənərək
formalaşan olan yeni dünya nizamı qlobal oyunçular tərəfindən
strateji nəqliyyat arteriyalarına çıxışın əldə edilməsi, həmçinin
bu yollarda fəaliyyətin davamlılığının təmin edilməsinə cəhdlərlə
müşaiyət olunur. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Rusiya
Federasiyasından qərbə doğru istiqamətlənən ticarət və nəqliyyat
yollarının qapanması rəsmi Moskva üçün Şərq və Cənub istiqamətində
yeni ticarət tərəfdaşlarının və bazarların tapılmasını prioritet
edib. Hazırda bu prosesdə mühüm əhəmiyyət kəsb edən layihələrdən
biri də Zəngəzur Dəhlizi hesab edilir. Layihənin həyata keçməsi
ilkin baxışda Orta Dəhliz boyu Azərbaycanı Türkiyə, Avropanı isə
Asiya ilə birləşdirməklə məhdudlaşmır.
Trend xəbər verir ki, bu nəqliyyat
arteriyası həm də Rusiya Federasiyasının Türkiyə Cümhuriyyəti,
Yaxın Şərq və İran İslam Respublikası üzərindən Qlobal Cənuba
enərək bu regiondakı ölkələr ilə siyasi, iqtisadi və ticarət
əlaqələrini gücləndirməq məqsədi ilə hazırki geosiyasi vəziyyətdə
həm strateji həm də həyati əhəmiyyət daşıyır. Rəsmi Moskva Qərb
dövlətləri tərəfindən ticarət əlaqələrinə son verilən və
sanksiyalara məruz qalmış Rusiya Federasiyasının yeni alternativ
regionlara çıxışının təmin edilməsini olduqca vacib hesab edir.
Bu məqsədlə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və
Ermənistan hökumət başçılarının iki ölkə arasında münaqişəyə son
qoymaq məqsədi ilə imzaladığı birgə bəyanatında Azərbaycan və
Ermənistan arasında bərpa olunacaq nəqliyyat əlaqələrinə nəzarət
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib. Azərbaycan
tərəfi üçün maneəsiz hərəkətin reallaşacağı dəhlizə Rusiya
sərhədçiləri tərəfindən nəzarət edilməsi onun strateji maraqlarına
təhlükə törətmir çünki bu, gələcəkdə rəsmi İrəvanın Azərbaycana
qarşı istifadə edə biləcəyi şantaj alətini və ya geosiyasi rıçaqı
əlindən almış olur. Şübhəsiz ki, bu hal Rusiya tərəfi üçün də
keçərlidir lakin burada Şərq-Qərb dəhlizi ilə bağlı son baş
verənlərə diqqət etmək faydalıdır. Rusiya-Ukrayna müharibəsinin
başlanması quruda Şərq-Qərb nəqliyyat dəhlizinin Şimal, yəni Rusiya
Federasiyasından keçən əsas hissəsinin dayanması və Qırmızı Dənizdə
Husilərlə yerli hökumət, o cümlədən koalisiya qüvvələri arasında
davam edən toqquşmalar səbəbindən Orta Dəhliz bir sıra güc
mərkəzlərinin diqqət mərkəzinə düşüb.
Şərq-Qərb nəqliyyat dəhlizindən kənar qalmış Rusiya üçün Orta
Dəhlizin ötürücülük qabiliyətini artıracaq II nəqliyyat arteriyası
hesab olunan Zəngəzur Dəhlizinə qoşularaq ondan istifadə edə bilmək
qlobal əhəmiyyət daşıyır. Digər tərəfdən Rusiyanın Ermənistana
qarşı inamsızlığının getdikcə artması və son illərdə Ermənistanın
Qərb strukturlarına doğru sürətlə irəlliləməsi də diqqətdən kənarda
qalmamalıdır. Nikol Paşinyan hökuməti məhz Qərb dövlətlərinin
dəstəyi ilə nəqliyyat kommunikasiyaların öz nəzarəti altında
olmasına israr edə bilir. Hazırda Ermənistanda siyasi və hərbi
cəhətdən güclənməyə çalışan Qərb və onun meydandakı əsas təmsilçisi
olan Fransa Zəngəzur Dəhlizi layihəsinə qarşı çıxmaqla həm də
Rusiyanın yeni regionlara açılması prosesini bloklamağa cəhd edir.
Təsadüfi deyil ki, Ukrayna konfliktindən sonra Fransanın Rusiyaya
qarşı Moldova, Ukrayna, Gürcüstan və Ermənistan olmaqla Şərqi
Avropa boyunca açdığı yeni cəbhədə Odessa və Zəngəzur bölgələri
strateji əhəmiyyət kəsb edir. Fransanın Ermənistanın Qafan
şəhərində konsulluq təsis edəcəyi ilə bağlı məlumatların yayılması
və Emmanuel Makronun Odessanın ələ keçirilməsi ilə bağlı fikirləri
yaxın gələcəkdə hər iki bölgədə Fransanın hərbi baxımdan aktivləşmə
istəyində olduğuna əsas yaradır.
Digər tərəfdən Rusiya Federasiyasının strateji Zəngəzur
bölgəsində nəqliyyat arteriyaları üzərində nəzarət funksiyasını
təmin etmək məqsədi ilə varlığını davam etdirməsi qlobal
əhəmiyyətli Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf
perspektivi baxımından da əhəmiyyətlidir. Çünki Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin təsdiqlənən (şərq, mərkəz
və qərb) istiqamətlərindən kənar yeni yolun Qlobal Cənubu
İran-Ermənistan-Digər tərəfdən Rusiya Federasiyasının strateji
Zəngəzur bölgəsində nəqliyyat arteriyaları üzərində nəzarət
funksiyasını təmin etmək məqsədi ilə varlığını davam etdirməsi
qlobal əhəmiyyətli Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
inkişaf perspektivi baxımından da əhəmiyyətlidir. Çünki Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin təsdiqlənən (şərq, mərkəz
və qərb) istiqamətlərindən kənar yeni yolun Qlobal Cənubu
İran-Ermənistan-Gürcüstan üzərindən keçməklə Qara Dəniz və Qərblə
bağlaması Rusiya Fedrasiyasının maraqlarına uyğun deyil.
Şəkil 1. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
təsdiqlənən marşrutları

Məhz bu layihənin kilid bölgəsi hesab edilən Zəngəzur
ərazilərində hazırda Ermənistan-İran sərhədi boyu Rusiya
Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən sərhəd
nəzarəti həyata keçirilir. Bu baxımdan Rusiya Zəngəzurda
“nəzarət-buraxılış” funksiyasının gələcəkdə də davam etməsi və
Rusiyadan yan keçməsi planlaşdırılan layihənin baş tutmamasında
maraqlıdır. Qərb dünyası isə əksinə İran və onun üzərindən Qlobal
Cənubla nəqliyyat-logistika əlaqələrinin Rusiyanın təmsil
olunmadığı şəraitdə təmin olunmasına çalışır.
Şəkil 2. Rusiyadan yan keçərək İran-Ermənistan-Gürcüstan
üzərindən Qlobal Cənubun Avropa ilə birləşməsi

Beləliklə, Zəngəzur bölgəsi hazırda Qərblə Rusiya arasında
Avrasiyadakı növbəti mübarizə məkanına çevrilib və bu prosesin uzun
müddət davam etməsi regional əməkdaşlığın qarşısında əngəl yaradır.
Şərqi Avropada artıq yeni mübarizə meydanına və ya boz sektora
çevrilmiş Ermənistanın vəziyyəti isə
“Alatoran”-dır





























