
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri
olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir.
Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı
direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, tez-tez suallar yaranır ki, həmin ölkələrin
aksiyalarında Azərbaycan bayrağı dalğalanır. Qeyd etmək lazımdır
ki, bu Azərbaycanın onlara göstərdiyi dəstəklə əlaqədardır.
“Bakı Təşəbbüs Qrupu Fransanın xaricdəki müstəmləkələrinin
apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcək.
Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi
assimlasiya kosnsepsiyasi 2 əsas xətt üzrə təhlil edilib.
Burada müstəmləkəçiliyin yerli yerli icmalar üzrərindəki mənfi
təsirləri və bu prosesə məcbur qalan insanların hüquqlarının
müdafiəsi əsas istiqamətlər olub”, – o deyib.





























