Advertisement

Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatına layiqli namizəd olduğundan xəbər vermir – Amerikalı jurnalist

Bakı. Trend:

Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatına
layiqli namizəd olduğundan xəbər vermir.

Trend xəbər
verir ki, bu barədə amerikalı jurnalist Martin Şermanın “Newsmax”
nəşrində dərc olunan məqaləsində deyilir.

“Onun mülayim şəkildə desək “dəbdəbəli” olaraq səciyyələndirilə
biləcək bioqrafiyasına şübhəsiz, “qaranlıq” olan mühüm fraqmentlər
daxildir. Vardanyanın gəlirlərinin mənbəyinə dair təəccüb doğuran
məlumatlar ortaya çıxmağa başlayıb ki, bu da Nobel mükafatına
layiqli namizəd haqqında ehtimal edilə biləcək məlumatlara ziddir”,
– deyə müəllif yazır.

Jurnalist həmçinin, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya
Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc olunan hesabata istinad
edir. Hesabatda qeyd olunur ki, Vardanyanın maliyyə təşkilatı
ehtimalla bu cür “şübhəli” maliyyə fəaliyyəti üçün mərkəz qismində
onun offşor şirkətlər şəbəkəsindən və erməni təmaslarından istifadə
edərək milyardlarla dolların “yuyulması” sxeminin mərkəzində yer
alıb.

Müəllif Vardanyanın 2022-ci ildə Qarabağa köçərək özünü erməni
separatçıların “başçısı” elan etdiyini xatırladıb.

“Azərbaycanla sülhün əldə olunmasına imkan yaratmaq əvəzinə,
Vardanyanın hərəkətləri yalnız “regionda nifaq və düşmənçilik
alovunu alovlandırmaq” kimi təsvir olunur ki, bu da Nobel Sülh
Mükafatının potensial laureatı üçün bir qədər yersizdir”, – deyə
müəllif qeyd edir.

Məqalədə həmçinin, Vardanyanın terrorizmin maliyyələşdirilməsi
və digər cinayətlərlə bağlı ittihamlar üzrə hazırda Bakıda həbsdə
olduğu vurğulanır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun