Advertisement

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var – Deputat

Bakı. Trend:

Azərbaycan hər zaman beynəlxalq sülhün bərqərar olmasına,
sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm
töhfələr verib. Bu günlərdə Bakıda keçirilən “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülhə və
təhlükəsizliyə verdiyi növbəti böyük töhfədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, forum iştirakçıları da forumun əhəmiyyətin
yüksək dəyərləndirirlər.

“Forum qlobal məsələlərin müzakirə olunduğu çox mühüm və nüfuzlu
beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak
edir və dünya qarşısında dayanan çağırışları müzakirə edərək
onların həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış edirlər.
Bu forum dünyanın dörd bir tərəfindən ziyalıları, siyasətçiləri,
qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin
nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirən mühüm
platformaya çevrilib.

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var.
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Əsrlər
boyu müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycanda
mehriban, qarşılıqlı hörmət və etimad və sülh şəraitində yaşayır.
Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrinin və
multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətinin
prioritetlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev
daim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizm
ənənələrinin qorunmasına böyük önəm verib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə yanaşı,
Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi çoxsaylı mühüm
beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın bu sahədə
təcrübəsi multikulturalizmin təbliği üçün nümunə kimi çıxış edir.
Azərbaycan dünyada müxtəlif xalqların nümayəndələrinin birgə, sülh
və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məkan kimi
tanınır”, – deyə deputat əlavə edib.