Advertisement

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və
demarkasiya işlərinə qoşulmağa çalışan dövlətlər var idi ki,
onların niyyətlərini 30 il ərzində gördük.

Bunu Trend
açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, keçən illər ərzində vasitəçi olan dövlət və
təşkilatlar öz məqsədlərini güdüblər.

“Hazırda Qazax rayonunun bizə qaytarılan dörd kəndinin
yerləşdiyi sərhəddə 40-a yaxın sərhəd dirəyi quraşdırılıb. Bu işlər
tez də başa çata bilər. Lakin əsas maneə həmin ərazilərin
minalanmasıdır. Bu proseslər ilk növbədə təhlükəsizlik qaydalarına
riayət olunmaqla aparılır və bu proseslər müsbət dinamika ilə
inkişaf edir.

Bundan sonra iki dövlət arasındakı məsələlər barədə danışıqlar
daha məhsuldar ola bilər. Azərbaycanla Ermənistan danışıqlarında
üçüncü tərəf olanda proseslərin ləngidiyini və konkret bir nəticəyə
gəlinmədiyini müşahidə etmişdik.

Artıq Ermənistan tərəfi anlayır ki, üçüncü tərəfi danışıqlara
qoşmaqla heç bir nəticə əldə etməyəcək. Çünki bu günə qədər
danışıqlarda üçüncü tərəfin iştirak etməsi Ermənistanın təşəbbüsü
olub”, – deyə hərbi ekspert qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik: