
Bakı. Trend:
UNESCO bir adamın əlində alətə çevrilməməli və ya heç bir
ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə
endirilməməlidir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-ya üzv
dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz Bakıda UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri,
elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma
Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti,
eləcə də, işğal zamanı Ermənistan tərəfindən mədəni və dini
irsimizin məhv edilməsi barədə məlumat verdim.
Bizim ümumi fikrimiz ondan ibarət idi ki, UNESCO hamımıza və
bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı qoruymalı
və daha da inkişaf etdirməliyik.
UNESCO bir adamın əlində alətə çevrilməməli və ya heç bir
ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə
endirilməməlidir”, – deyə H.Hacıyev qeyd edib.





























