Advertisement

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bakı. Trend:

Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyi
açıqlanıb.

Trend xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər
daxildir:

1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət
nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və
həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial
müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu
haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında”
və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun
icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi.

7. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

8. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli
768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında
xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

12. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli
283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli
960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb
olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).