
Bakı. Trend:
Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin
Mustafayev ilə Rusiya Federasiyası Hökuməti Sədrinin müavini
Aleksey Overçuk arasında görüş keçirilib.
Trend xəbər verir ki,
danışıqlar əsnasında Rusiya Federasiyası ilə Azərbaycan
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli iqtisadi-ticari
əməkdaşlığın aktual məsələlərinə baxılıb.
Tərəflər iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat, kənd
təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası
əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı
məsələlərinə xüsusi diqqət yetiriblər.
Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütün
sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə
yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını
təsdiq ediblər.





























