
Bakı. Trend:
Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun
yaradılması haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Xankəndi Şəhər
Prokurorluğu yaradılıb.
Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə
əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat
vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı
məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan
irəli gələn digər məsələləri həll etməlidir.





























