
Bakı. Trend:
Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq
qurulub.
Trend xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və
Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina “X”
hesabında bildirib.
“Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam
olur. O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq
vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə
Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim
dəyişikliyinə töhfələrini alqışlayırıq”, – o qeyd edib.





























