
Bakı. Trend:
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına
qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin
götəricisidir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin “X” hesabında paylaşımında qeyd edilib.
“Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq
proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də
bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və
sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır”, – XİN-dən
bildirilib.





























