Bakı. Trend:
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Qambiyaya işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin
müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüş
zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından
məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin
qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin
inkişafına xüsusi təkan verdiyi bildirilib.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli
iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın
mövcud olduğu vurğulanıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli
təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq
və dəstəyə önəm verdiyi bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29-un yaşıl enerji
sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar
yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.




























