Advertisement

Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər

Bakı. Trend:

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29)
Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə
edib.

Trend xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat
yayıb.

“Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual
məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin
noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan
29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib”, –
məlumatda deyilir.