
Bakı. Trend:
Dünyanın inkişafını nəzərdə tutan DİM BMT tərəfindən irəli
sürülüb və dünyanın əksər ölkələri bunu qəbul ediblər.
Trend xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli
Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM
üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış
edən Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan 4-cü milli hesabatını
təqdim edir.
“Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsinə
xüsusi önəm verir. Gələcəkdə qarşımızda yeni hədəflər dayanır. Bu
layihənin həyata keçirilməsi qlobal təhdidlərlə üzləşib. Xüsusilə
koronavirusu qeyd etmək olar. Dünyada mövcud olan hərbi
qarşıdurmalar, toqquşmalar bu layihənin həyata keçirilməsinə ciddi
problemlər yaradır”, – o deyib.
Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.





























