Advertisement

Bolqarıstan Prezidenti Azərbaycana gəlir – Trend.Az

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər
edəcək.

Trend xəbər verir ki, bu
barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə
energetika naziri vəzifəsini icra edən, Milli Məclisdə
Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes
nümayəndələri daxildir.

Prezident Rumen Radevin səfərinin mövzusu iqtisadiyyat, enerji,
yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm də daxil
olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli strateji
tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi olacaq.

Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın
möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalayacağı
gözlənilir.

Rumen Radev Bakıda Azərbaycan Respublikası Milli Məclisinin
sədri Sahibə Qafarova ilə görüşəcək, Azərbaycanda idman sahəsində
çalışan bolqarıstanlı mütəxəssislərlə söhbət edəcək.

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı xanımı
Desislava Radeva müşayiət edəcək.