Advertisement

Tavuşda sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır – Paşinyan

Bakı. Trend:

Tavuşda sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin
təminatıdır.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri
Nikol Paşinyan mətbuat konfransında deyib.

“Ermənistanda bu gün baş verənlər təhlükəsizlik təminatının
yaradılmasıdır, çünki əvvəlki təminatlar işə yaramadı”, – o
deyib.

Paşinyan bu təminatların gücləndirilməsi və sərhədyanı
dirəklərin sayının artırılması üçün mümkün hər şeyi edəcəyinə söz
verib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi
işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü
il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Qeyd edilib ki, iki dövlətin ekspert qruplarının işi davam
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)