
Bakı. Trend:
Bu gün çox əlamətdar bir gündür. Hörmətli Baş nazir Robert Fitso
Azərbaycana səfər edir.
Trend xəbər verir ki, bunu Azərbaycan və Slovakiya arasında
strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanması
mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev çıxışı zamanı bildirib.
“Səfər çərçivəsində strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə
imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi
ən yükəsk səviyyəyə qaldıran sənəddir”.





























