
Bakı. Trend:
Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql
edir.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata
bəyanatında deyib.
Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12
milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı
bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil
edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa
İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi
dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, – deyə
Prezident vurğulayıb.





























