
Bakı. Trend:
Siz (Azərbaycan – red.) suveren ölkəsiniz və suverenliyə
gəldikdə nümunəvi ölkəsiniz.
Trend xəbər verir ki, bu
sözləri Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti
İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Belə ölkələri hər zaman yüksək qiymətləndirdiyini deyən Baş
nazir bildirib: “Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni
yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da
suveren xarici siyasət apara bilsin”.





























