Bakı. Trend:
Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti olub.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümumilli
Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar
keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyəti tək ölkə daxilində
deyil, onun ölkə xaricində də geniş olub.
“Ulu Öndərin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də
tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir
dövrdə H.Əliyevin xidmətləri nəticəsində BAM-ın tikintisi başa
çatdırıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”, –
o əlavə edib.
Xəbər yenilənəcək





























