Advertisement

Ulu Öndərin Azərbaycan torpaqlarının azad olunacağına əminliyi var idi – Kamran Əliyev

Bakı. Trend:

Heydər Əliyevin tarixi çıxışlarına nəzər salsaq, Ulu Öndərin
Azərbaycanın bu gününü planladığını görə bilərik.

Trend xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ümumilli
Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar
keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycan torpaqlarının azad
olunacağına əminliyi var idi.

“Bu gün Azərbaycanın əldə etdiyi uğurların, qələbələrin təməli
Ulu Öndər tərəfindən həmin dövrlərdə atılmışdı.

Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət
nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham
Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və
Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın
düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün
bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi
mərhələ başlandı”, – o qeyd edib.

Xəbər yenilənəcək