Advertisement

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Bakı. Trend:

Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl
enerji kabeli istiqamətində çox fəal iş aparır.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan
Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.

Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi
əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını
vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, Azərbaycan
Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni
zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial
kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda
COP29 konfransında da danışacağıq”.