Advertisement

Prezident İlham Əliyev: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Bakı. Trend:

Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun
modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb.


Trend
xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata
bəyanatında deyib.

Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə
artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Vaxtilə
Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün
imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti
kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks
istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim
münasibətlərimizi daha da gücləndirəcək”.