
Bakı. Trend:
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan
Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.
Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici
işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola
saldılar.





























