Advertisement

Parlament seçkilərinin keçirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Parlament seçkilərinin keçirilmə zamanı ilə bağlı son qərar
yoxdur.

Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP)
Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
jurnalistlərə açıqlamasında deyib.

“Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki
ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır.
Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün
tədbirləri həyata keçiririk”, – deyə o bildirib.