Advertisement

Azərbaycanlı ekspertlərin gələcək üçün ssenarilər hazırlamağı öyrənmələri vacibdir – Fariz İsmayılzadə

Bakı. Trend:

Azərbaycanlı ekspertlərin sabahı öncədən görmək, gələcək üçün
ssenari hazırlamağı öyrənməsi çox vacibdir.

Trend xəbər verir ki, bu barədə bu gün ADA Universitetinin
prorektoru Fariz İsmayılzadə Universitetdə İslam Təhsil, Elm və
Mədəniyyət Təkilatı (İSESKO) ilə birgə təşkil olunmuş strateji
öncəgörmə üzrə dəyirmi masada çıxışında deyib.

“Təəssüf ki, hazırda Azərbaycan bir neçə münaqişə və geosiyasi
toqquşma ilə əhatələnib. Düşünürəm ki, azərbaycanlı mütəxəssislər
üçün sabahı öncədən görməyi öyrənmək, gələcək üçün ssenari
hazırlamaq çox vacibdir. ISESKO ekspertləri ilə bugünkü müzakirə
Azərbaycana bu istiqamətdə kömək edəcək”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, sabahın strateji proqnozunu azərbaycanlı
analitiklərlə, professorlarla və tədqiqatçılarla müzakirə etmək
üçün dəyirmi masanın təşkili çox vacibdir, çünki biz böyük sürətlə
dəyişən dünyada yaşayırıq: texnoloji dəyişikliklər, siyasi,
qanunvericilik, ekoloji.

“Bu gün sabahı proqnozlaşdırmaq və qabaqcadan xəbər vermək
getdikcə çətinləşir. 50 il əvvəl dünya bugünkü qədər sürətlə
dəyişmirdi. Gələcək planlarımıza təsir edən bir çox yeni amillər
var”, – deyə o əlavə edib.