
Bakı. Trend:
Qanunvericiliyə uyğun olaraq parlament seçkiləri noyabrın
əvvəlində keçirilməlidir.
Trend xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkidən əvvəl həmişə Mərkəzi Seçki
Komisiyası maarifləndirmə işləri həyata keçirir.
“Onun artıq vaxtı çatıb. Bu günlərdə biz hətta iclasda müzakirə
etdik ki, biz maarifləndirmə proqramını tərtib edirik. Komissiya
onu bəyənir. Sonra biz tədbirlərimizi həyata keçiririk. COP29-a
görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı
ancaq qabağa çəkilə bilər. Biz təcili maarifləndirmə tədbilərinə
başlamalıyıq. Bu yaxınlarda siz addımların atıldığının şahidi
olacaqsız”, – deyə o qeyd edib.





























