
Bakı. Trend:
Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib
hissələrindən biri də Avropa İttifaqının üzvü olan ölkələrlə
əlaqələrin genişləndirilməsidir. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Avropa ölkələrinə səfərləri, eyni zamanda Avropa ölkələri
rəhbərlərinin Azərbaycana səfərləri çərçivəsində müzakirə olunan
məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə
inkişafının bariz nümunəsidir.stimulverici amil rolunu oynayır. Bu
baxımdan may ayının 7-də Slovakiya Respublikasının Baş naziri
Robert Fitsonun ölkəmizə səfəri xüsusi önəm kəsb edir. Səfər
çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək
və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə
arasında münasibətlərin yüksək səviyyədə olması haqqında təsəvvür
yaradır.
Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı cənab İlham
Əliyev bildirdi ki, “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin
tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir
Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi
sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran
sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr
bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın
perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid
edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənab
Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə
heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox
məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək
səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox
sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.
Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və
müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə
geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində
birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret
danışıqlara da start verilmişdir”. Qeyd etmək lazımdır ki, Avropa
İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış
strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Cənab İlham Əliyevin
dediyi kimi: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı
yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz
təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz
ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə
təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql
edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək
üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni
yataqlar kəşf olunur və həmin yataqlarda istismar artıq
başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı
yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və
günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək
imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı
Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və
Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı
dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam
etdirəcəklər”. Azərbaycan və Slovakiya dövlətləri arasında
əlaqələrinin yüksək səviyyədə olması hər iki dövlətin çox gözəl
gələcəyinin olmasından xəbər verir. Ölkələrimiz arasında
siyasi-iqtisadi, enerji və sənaye istehsalı sahələrində
əməkdaşlığın perspektivləri çox müsbət səviyyədədir. Ölkələrimiz
arasında münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq,
müttəfiqlik münasibətinə söykənir və bu göstəricilər hər iki
dövlətin uğurlu əməkdaşlıq üçün qənaətbəxş hesab etmək olar.
Ölkəmizə olan geniş tərkibli səfər bütün sahələr üzrə əməkdaşlığın
daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək və
ölkələrimizin gələcək inkişaf üçün böyük perspektivlər
açacaqdır.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























