Advertisement

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Bakı. Trend:

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq
göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında
danışırlar və bizim xalqımıza hörmət edirlər.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin
açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

“Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti
hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi,
kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, – deyən
dövlətimizin başçısı xatırladıb ki, bütün Azərbaycan xalqı 44 gün
ərzində bir yumruq kimi birləşmişdi.