Advertisement

Prezident İlham Əliyev: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Bakı. Trend:

Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə
müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla
bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa
haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq
qalacaq. Hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz
dayanmayacağıq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin
açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

“Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan
vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, müharibənin
Şuşasız uğurla başa çatması mümkün deyildi”, – deyə dövlətimizin
başçısı əlavə edib.