
Bakı. Trend:
Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın
8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax,
bu gün biz dirçəldilən Şuşanı görürük.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin
açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış
komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı
qeyd edib: “Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi
üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun
fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar,
quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.





























