
Bakı. Trend:
Biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları
icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş
köçkünlər buraya qayıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin
açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin
qayıdışının nəzərdə tutulduğunu diqqətə çatdıran dövlətimizin
başçısı deyib ki, ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində
artıq həyat bərpa ediləcək.





























