Advertisement

Prezident İlham Əliyev: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Bakı. Trend:

Bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə
qaytarılır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik,
Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər
cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya
qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi
mərasimində çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib ki, həm Ermənistan, həm onun
arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr
bizimlə hesablaşmasalar peşman olacaqlar.