Advertisement

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Bakı. Trend:

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş
prezidenti Muxtar Babayevi qəbul edib.

Trend xəbər verir ki, Muxtar Babayev Azərbaycan Prezidenti İlham
Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı
dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü
və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev
sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir
COP29-u səbirsizliklə gözlədiyini söyləyib.

Məhəmməd Şahbaz Şərif Pakistanın Azərbaycanı COP29-la bağlı
hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana
göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.