Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail
Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin
olunması münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu
barədə Nazirlər Kabineti məkumat yayıb.
Ə.Əsədov təbrikində M.Mişustinin Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında dostluq, mehriban qonşuluq və
qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin
möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.
M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan
sonra da Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı
əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə
töhfə verəcəyinə əminlik ifadə olunub.





























