Advertisement

Prezident İlham Əliyev: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Bakı. Trend:

Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir.
Şuşa, sözün əsl mənasında, dirçəlir.

Trend xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Festivalında çıxışında səsləndirib.

Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə
işğalçılar tərəfindən tamamilə dağıdıldığını vurğulayan
dövlətimizin başçısı deyib ki, hazırda dörd məscid yenidən qurulub,
digər məscidlərdə təmir-bərpa işləri aparılır.