
Bakı. Trend:
Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada
Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Festivalında çıxışında bildirib.
Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin
parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı
deyib: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni
zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün
rəmzidir”.




























