Advertisement

Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir – Salim bin Məhəmməd əl-Malik

Bakı. Trend:

Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu
qarşısına nəcib hədəflər qoyub.

Trend xəbər verir ki, bu
barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı
bildirib.

Fondun Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin
abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürdüyünü
vurğulayan Baş direktor deyib: “Biz bu işlərin hər yerdə vüsət
aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi
nailiyyətlərə görə təbrikə layiqdir”.