Advertisement

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Bakı. Trend:

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən
Zəngəzur vilayətindəki keçid məntəqələrini bağlamağa
başlayıblar.

Trend bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən bəri bu
ərazidə olublar.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,
Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından
çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə
razılaşdırılıb.