Advertisement

Azərbaycan Braziliyaya başsağlığı verib – Trend.Az

Bakı. Trend:

Azərbaycan Braziliyaya başsağlığı verib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər
Nazirliyi “X” səhifəsində paylaşım edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində
yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak
olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər
çəkənlərə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.

Qeyd edək ki, Braziliyanın Rio-Qrande-du-Sul əyalətində
daşqınlar nəticəsində 70-dən çox insan həyatını itirib.