Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə general-mayor Müşfiq Məmmədov
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin
olunub.
Trend xəbər verir ki, Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki
hərbi attaşesi olub.
O, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi
vəzifəsini icra edib.
M.Məmmədov 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif
olunub.
2023-cü ilin noyabrında isə Azərbaycan Prezidentinin sərəncamı
ilə general-mayor rütbəsi alıb.
Xatırladaq ki, Şəxsi Heyət Baş İdarəsinin əvvəlki rəisi hazırda
Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi.
K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni
general-mayor Elçin Xəlilov icra edib.





























