Bakı. Trend:
Delimitasiya Bakı və İrəvan arasında ikitərəfli prosesdir.
Trend xəbər
verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici
işlər naziri Yan Borq Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Mən buradan öz mövqeyimi bildirməklə prosesə kömək göstərə
bilmərəm. ATƏT bu prosesin bir hissəsi deyil, bu, Bakı və İrəvan
arasında ikitərəfli prosesdir. Mövqeyimə hörmət göstərməyinizi
xahiş edirəm, öz mövqeyimi bildirməkdən çəkinirəm”, – o deyib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici
işlər naziri Yan Borq Cənubi Qafqaza səfərinə bu gün İrəvanda
başlayıb. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla
görüş keçirib. ATƏT sədri sabah Azərbaycana səfər edəcəyini
bildirib.





























