Bakı. Trend:
İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq
erməni jurnalistin təqdim etdiyi Qarabağ ermənilərinin məktubu ilə
bağlı şərh bildirməkdən çəkinib.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
“ATƏT oyunçular arasındakı prosesə müdaxilə edə bilməz. Biz hər
iki ölkənin mövqeyinə hörmət edirik”, – o deyib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici
işlər naziri Yan Borq Cənubi Qafqaza səfərinə bu gün İrəvanda
başlayıb. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla
görüş keçirib. ATƏT sədri sabah Azərbaycana səfər edəcəyini
bildirib.





























