Advertisement

Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndəsi Xaviyer
Nart martın 12-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və
suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər
çiçəklər düzüb.

Trend xəbər verir ki, həmçinin “Əbədi məşəl” abidəsi ziyarət
olunub.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının
mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və
paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verilib.