Advertisement

Seçici fəallığının artırılması ilə bağlı videoroliklər hazırlamaqda Trend BİA bizə böyük dəstək oldu – Gənc könüllü (VİDEO)

Bakı. Trend:

Prezident seçkiləri ərəfəsində ictimai-siyasi proseslərə cəlb
olunmaq, təbliğat- təşviqat xarakterli çoxsaylı videoreportajların
və roliklərin hazırlanmasında iştirak etmək bizim üçün qüruruverici
oldu. Bu prosesdə Trend Beynəlxalq İnformasiya Agentliyi bizə böyük
dəstək verdi.

Bu fikirləri Trend-ə Xarici Dillər Universittinin Beynəlxalq
jurnalistika fakültəsinin tələbəsi, gənc könüllü Oruc Ələsgərov
bildirib.

O, əlavə edib ki, bir aya yaxın könüllü çalışdığı dövrdə
çoxsaylı videorolik, reportaj və digər multimedia məhsullarının
hazırlanmasında iştirak edib, digər könüllülərlə komanda şəklində
işləyib.

İş prosesimiz həyəcanlı idi, eyni zamanda fəxr və qürurla
çalışırdıq. Sonda fərqlənən könüllülərə Trend BİA tərəfindən
təşəkkürnamə elan edildi. Bizə göstərilən hərtərəfli dəstəyə görə
Trend BİA-ya dərin təşəkkürümü bildirirəm”, – deyə o, əlavə
edib.

Qeyd edək ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi
ilə prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat proseslərinə
cəlb edilmiş könüllülər yanvarın 15-dən fevralın 6-dək 200-dən çox
multimedia məhsulu hazırlayıb. Gənclərin hazırladığı
videoreportajlar Trend BİA-nın youtube, instagram, telegram və
facebook səhifələrində yayımlanıb. Prosesdə daha fəal iştirak etmiş
bir qrup gənc könüllüyə Trend BİA adından təşəkkürnamələr təqdim
edilib.