Bakı. Trend:
Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə
uyğun baş verir. Azərbaycan öz qətiyyətli mövqeyindən geri çəkilmir
və çəkilməyəcək. Kənar qüvvələr regionda proseslərə müdaxilə
etməyə, öz maraqlarını təmin etməyə cəhd etsələr də, Azərbaycanın
prinsipal mövqeyi nəticəsində bütün bu cəhdlər iflasa uğradı.
Cənab Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış
kompleksinin açılışında iştirakı və şəhərə köçmüş ilk sakinlərlə
görüşü zamanı çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha
bəyan etdi və regiona müdaxilə etmək istəyən qüvvələrə ciddi mesaj
verdi.
Məsələ ilə bağlı Trend-ə müsahibə verən siyasi şərhçi Elşad Həsənov
deyib ki, Prezident İlham Əliyev Şuşada çıxışı zaman bir çox önəmli
mesajlar verdi.
“Ermənistan və onun havadarları Azərbaycanın yaratdığı
reallıqlarla razılaşmalıdırlar. Cənubi Qafqazda lider
Azərbaycandır. Bu bir reallıqdır. Ancaq revanşist qüvvələr yenidən
Ermənistanı müharibəyə sürükləyirlər, delimitasiya və demarkasiya
ilə bağlı əldə olunan razılığı pozmağa çalışırlar”, – deyə o qeyd
edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























