
Bakı. Trend:
Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan
İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
Əziz Ələkbərli və İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüşüb.
Bu barədə Trend-ə Qərbi
Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, görüşdə İcma sədri ispaniyalı qonağa Qərbi
Azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımlar və
deportasiyalar barədə məlumat verib, dağıdılan maddi-mədəni
irsimizdən bəhs edib. Ə.Ələkbərli Avropa Parlamentində Azərbaycana
qarşı qərəz və ayrı-seçkiliyin regionda sabitliyə mənfi təsir
göstərdiyini deyib. Parlamentariyə bildirilib ki, soydaşlarımız
sonuncu – 1987-1991-ci illər deportasiyası zamanı zorla öz evlərini
tərk etməyə məcbur ediliblər. Bu gün onların niyyəti sülh yolu ilə,
təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına
qayıtmaqdır.
Xaviyer Nart öz növbəsində Qərbi azərbaycanlıların yaşadıqları
bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox
məlumat istəməklə öyrəndiklərini avropalı həmkarlarına
çatdıracağını bildirib.
Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş
Qayıdış Konsepsiyası da təqdim olunub.





























