
Bakı. Trend:
Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon
danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki,
tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o
cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq
məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji
tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə
olunub.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə
əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o
cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf
etdiyi qeyd olunub.
Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar
yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar
olduqlarını qeyd edib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.





























