Advertisement

İrəvandakı məzhəkə başa çatır: təlxəklər Paşinyana uduzur

Ermənistanda aprelin 19-da başlayan vaə indiyədək
davam edən aksiyaların təşkilatçıları məqsədlərinə çatmaq üçün
bütün yollara əl atırlar.

Ermənistan Həvariyun (Apostol) Kilsəsi (EAK), sabiq prezidentlər
Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri və əslən
Qarabağdan olan ermənilərdən ibarət “qarabağlılar” klanı, xarici
ölkələrdəki erməni icmalarınnı diaspor təşkilatları və Rusiyadakı
erməni oliqarxların bir araya gəlmələrinin yeganə məqsədi var.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən
kənarlaşdırılmasını tələb edirlər.

Proseslərin “erməni xalqının genişmiqyaslı hərəkatı” oluduğu
vurğulanır.

Halbuki, Azərbaycanla Ermənistan arasında şərti dövlət
sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başlanmasına,
Ermənistanda 32 ildən bəri işğalda olan 8 kəndimizin azad edilərək
Bakıya təhvil verilməsinə, sülh sazişinin iimzalanmasına və
Azərbaycanla Ermənistan arasında münasibətlər qurulmasına
qətiyyətlə etiraz edənlərin hədəfləri tam fərqlidir.

Ermənistandakı aksiyaların səbəbləri məlumdur – bəs onların
mahiyyəti nədir və perspektivləri necə olacaq?

Suallar ilk baxışdan mürəkkəb təsir bağışlasalar da, onların
cavabları sadədir və bu sadəlik İrəvanın mərkəzinə yığışan,
küçələri bağlayan, Ermənistanın müxtəlif yerlərində aksiyalar
keçirənləri idarə edən qüvvələrin siyasi naşılığı,
qeyri-peşəkarlığı və külli miqdarda maliyyəni mənasızcasına sərf
etmələri ilə bağlıdır.

Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş
(Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanınq guya
“lider” olduğu aksiyalar məcmusundakı çox ciddi, hətta fatal
yanlışlıqlara, pis pərdənən yalanlara, primitiv gedişlərə və
perspektivi xəyala döndərən addımlara nəzər salaq.

1. Keşiş Baqrat keşiş Qapon rolunda. 1905-ci
ildə Rusiyada kütlənin çar hakimiyyətindən narazılığının inqilaba
çevrilməsinə yol verməmək üçün Georgi Apollonoviç Qapona aksiyalara
“mənəvi lider”lik etmək tapşırığı verilmişdi. O da narazı kütləni
Sankt-Peterburqda Qış Sarayının meydanıa “çarı devirmək” üçün
aparmış, minlərlə insan gülləbaran edilmişdi.

Arxiyepiskop Baqrat Qalstanyan da Ermənistanın müstəqillik
dövründə ilk (!) dəfə olaraq Eçmiədzinin hakimiyyətə iddiasının
aşkar izharının bir formasıdır.

R.Köçəryan və S.Sarqsyan, erməni diasporu, Rusiya və İranın
kontrolundak müxali qruplar, habelə bir neçə erməni oliqarxla
koalisiya qurmağa çalışan erməni kilsəsi keşiş Baqrat vasitəsilə
kütlələri küçələrə çıxarmaq, hakimiyyət dəyişikliyinə nail olmaq
istəyir.

2. Robert Köçəryanın strateji səhvi.
Ermənistandakı aksiyaların kölgədə duran, amma prosesi idarə edən
lideri sabiq prezident Robert Köçəryandır. Məhz onun maliyyəsi,
resursları və rəhbərlik etdiyi “Ermənistan” siyasi hərəkatının
parlament fraksiyası etiraz aksiyalarının əsas qüvvəsidir.
R.Köçəryanın Erməni İnqilabi Federasiyası-Daşnaksutyunu da öz
tərəfinə çəkdiyini nəzərə alsaq, onun məqsədi aydındır. Sabiq
prezident nəyin bahasına olursa-olsun hakimiyyətə qayıtmaq, ölkəni
idarə etmək istəyir.

O, unudur ki, ermənilərin bir qismi Nikol Paşinyanın idarəetmə
sistemindən, onun baş nazir postundakı fəaliyyətindən kəskin narazı
ola bilərlər. Ermənistan vətəndaşlarının hətta tam yarısı
N.Paşinyanın hakimiyyəti dərhal tərk etməsini istəyə bilər. Ancaq
onların arasında Robert Köçəryana rəğbət bəsləyənlər, illah da onun
yenidən hakimiyyəti ələ alaraq ölkəni idarə etməsini istəyənlər
riyazi minimallıq səviyyəsində azdır.

R.Köçəryanın qayıdışını Qərb, xüsusilə də ABŞ və Avropa İttifaqı
da hadisələrin ən ssenarisi sayaraq Rusiyanın Ermənistan üzərində
total kontrolunun, İrəvanın Moskvadan tam asılılığının bərpa
ediləcəyini düşünürlər.

İran və Fransa da R.Köçəryanı hakimiyyətdə görmək istəmirlər.
Tehran əmindir ki, “qarabağlılar klanı”nın rəhbəri Paşinyanı
devirərsə, Rusiyanın bölgədəki təsir imkanları artacaq və bu
prosesdə Moskvadan asılı İrəvana əlahiddə yer ayrılacaq. Fransanın
siyasi elitaları isə Qərbin təlimatlarını və xüsusilə də Parisin
göstərişlərini icra edən N.Paşinyanın əvəzinə Parislə “alver”ə
başlayaraq Rusiyanın maraqlarını təmin etməyə çalışacaq R.Köçəryanı
qıcıq doğuran fiqur hesab edirlər.

3. “Demarkasiya və delimitasiya prosesi
dayanıb”.
Etiraz aksiyası keçirənlərə təşkilatçıların
göstərişi ilə verilmiş təlimat əsasında səsləndirilən şüarlar
arasında bu ifadə xüsusi yer tutur. Halbuki əsla belə deyil və
Tavuşda (Tovuzqala) işlər davam edir.

Ermənistanda iqtidarda olan “Mülki müqavilə” partiyasından olan
deputat Vahe Qalumyan yerli jurnalistlərlə söhbətində deyib: “Əgər
Kirantsda üç problemli ərazidən danışırıqsa, sakinlərin təqdim
etdiyi mülkiyyət sertifikatlarına görə bu proses bir müddət
dondurulub. Onlar sərhəd-keçid məntəqələrində quraşdırılan
postlarla müqayisə edilməlidir. Söhbət neçə mülkiyyət
şəhadətnaməsindən gedir, bilmirəm. İrəvanda belə iki qonşunun
kadastr sertifikatlarını müqayisə etsəniz, orada ziddiyyətlərə rast
gəlmək mümkündür. Sərhəddə də oxşar kiçik nüanslar gözə çarpır.
Yerləşdirildikdə xəritədə sərhəd xətti 100-120 metrə qədər olan
təbəqəni əks etdirir”.

Erməni deputat demarkasiya prosesinin hansı ilin xəritəsi
əsasında aparıldığını bilmədiyini əlavə edib.

4. “Paşinyanın hakimiyyətdən kənarlaşması üçün xalqla
məsləhətləşmələr aparılır”.
Bu açıqlaması ilə keşiş Baqrat
Qalstanyan ağ yalan danışmağa artıq adət etdiyini bir daha
göstərdi. Erməni kilsəsi, “qarabağlılar klanı”, Rusiya və İrandan
idarə olunan qruplar, daşnaklar və diasporanın birgə fəaliyyəti
olan aksiyaların rəhbərlərinin “xalqla məsləhətləşmələr” aparmaq
niyyətləri yoxdur.

Ümumiyyətlə, belə niyyət olmayıb və olmayacaq da. Keşiş Baqrat
Qalstanyan Robert Köçəryanın “Ermənistan” və Serj Sarqsyanın
“Şərəfim var” hərəkatlarının parlament fraksiyalarının rəhbərləri,
habelə bir neçə üzvü ilə “məsləhətləşib”. Keşişin fəaliyyət
təlimatları aldığı bu görüşdə diasporun və kilsənin nümayəndələri
də iştirak ediblər.

5. Fəaliyyət yetərsizliyi və proqram yoxluğu.
Keşiş Qalstanyanın guya “rəhbərlik” etdiyi yürüş İrəvana çatandan
sonra şəhərin mərkəzindəki Respublika meydanında təşkil edilmiş
mitinqi xatırlayaq. 20 min nəfərin qatıldığı bu mitinqdə keşiş
Baqrat baş nazir Nikol Paşinyana istefa üçün əvvəlcə 1 saat vaxt
verdi. Daha sonra həmin «ultimatum» daha bir saat uzadıldı. Sonda
daha 2 saat.

N.Paşinyan bu ultimatumu eyninə almayanda B.Qalstanyan
“qəflətən” ayaqlarında kəskin ağrılar hiss etdi və “təcili tibbi
yardım” üçün yaxınlıqdakı dövlət klinikalarına, xəstəxanalara, özəl
tibb müəssisələrinə yox, Robert Köçəryanın ofisinin yerləşdiyi
“Yerevan Plaza”ya üz tutdu.

Daha sonra isə vəziyyət tragikomikləşdi.

Baqrat Qalstanyanın marionetka qismində ön plana çəkildiyi
etiraz aksiyalarının təşkilatçıları 2018-ci ildə N.Paşinyanın
hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi taktikanı
təkrarladılar. Amma Paşinyandan fərqli olaraq, keşiş Baqratın
sonrakı fəaliyyətlə bağlı heç bir planı yox idi.

O, deputatların mandatlarını təhvil verməsini, parlamentin
buraxılmasını və yeni seçkilər keçirilənədək Nikol Paşinyanın baş
nazir səlahiyyətlərini icra etməməsini tələb etdilər.

Di gəl, etiraz aksiyalarının müəllifləri və təşkilatçıları
Ermənistan Konstitusiyasını unudublar. Həmin Konstitusiyaya görə,
parlament buraxılandan sonra baş nazir də istefa verərsə və ya
səlahiyyətlərini yeni seçkilərədək icra etməkdən imtina edərsə,
hökumətin rəhbəri səlahiyyətləri avtomatik olaraq baş nazirin
müavininə keçir.

Hazırda N.Paşinyanın müavini Mher Qriqoryandır və o, iqtidardakı
“Mülki müqavilə” partiyasının aktiv funksionerlərindən biridir.
Üstəlik, M.Qriqoryan N.Paşinyana xüsusi sədaqəti ilə seçilir.

Belədə, keşiş Baqratın tələbi ironiya doğurur.

Digər “tələb” parlamentdə baş nazir Nikol Paşinyana impiçment
elan edilməsi ilə bağlıdır.

107 yerlik Ermənistan parlamentində iqtidardakı “Mülki müqavilə”
fraksiyası 71 mandata və ya bütüny erlərin 53,92 faizinə, Robert
Köçəryanın “Ermənistan” fraksiyası 29 mandata (21,04 faiz), Serj
Sarqsyanın “Şərəfim var” fraksiyası isə 7 mandata (5,23 faiz)
malikdir.

İmpiçment proseduru təklifinin səsə qoyularaq qəbul edilməsi
üçün belə, Köçəryan-Sarqsyan dueti 107 deputatın 51 faizinin
dəstəyinə, yəni təklifin lehinə səs verməsinə nail olmalıdır ki, bu
da ən azı 55 mandat deməkdir.

36 mandata malik Köçəryan-Sarqsyan dueti çatışmayan 19 mandatın
dəstəyinə nail olmaq üçün mütləq şəkildə “Mülki müqavilə”
fraksiyasına üz tutmalıdır. Nikol Paşinyanın rəhbərlik etdiyi
fraksiyanın mənsublarının bir neçəsinin «Paşinyanın tərəfdarları
asılmalı, güllələnməlidir – hakimiyyətə gələn kimi onları
cəzalandıracağıq» deyənləri dəstəkləyərək Paşinyanın hakimiyyətdən
kənarlaşdırılması təklifinə səs verəcəkləri isə absurddur.

Maskaların yırtılması ilə bağlı son qərar isə “Ermənistan” və
“Şərəfim var” fraksiyalarından olan deputatların mandatlarından
imtina etməyərək xalqı küçələrə çağırmaları oldu. Bu çağırışı keşiş
Baqrat Qalstanyan səsləndirdi və hələ də səsləndirməyə davam
edir.

Bu isə R.Köçəryan, S.Sarqsyan, erməni kilsəsi, diaspor, Rusiya
və İrandan idarə olunan müxalifət qruplarından ibarət müvəqqəti
koalisiyanın məsuliyyəti boyunlarından ataraq sıravi erməniləri önə
çıxarmaq planıdır.

Və sonda…

Ermənistanda Nikol Paşinyana qarşı etiraz aksiyaları yalnız o
zaman uğurlu ola bilərdi ki, hərəkatda müxalifət düşərgəsinin
müxtəlif spektrləri, ən əsası isə R.Köçəryan və S.Sarqsyanla
əlaqəli olmayan qüvvələri öndə olaydı

Olmadı. Belədə, keşiş Baqrat Qalstanyanın irəlidəki marionet
kimi istifadə olunduğu yığnaq heç bir uğura nail ola bilməyəcək,
bilməz də.