Bakı. Trend:
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə
Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat
yayıb.
Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də
Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq
komitəsinin iclasında iştirak etmək üçün orada olacaq.





























